SON XƏBƏRLƏR

İranda Starlinkə görə onlarla şəxs həbs edilib

2026.08.23, 13:26
İranda Starlinkə görə onlarla şəxs həbs edilib

Son dörd ayda ölkəyə Starlink peyk avadanlıqlarının gətirilməsi və yayılmasında rolu olan 163 nəfər həbs edilib.

Gunaz.tv

Bunu İran İqtisadi Təhlükəsizlik Polisinin rəisi Hüseyn Rəhimi deyib.

O, 12 günlük müharibədən bəri Starlink avadanlıqlarının idxalı və paylanmasına qarşı mübarizənin gücləndirildiyini bildirib.

"Aşkarlanan avadanlıqların əksəriyyəti ölkəyə qərb və şimal-qərb sərhədlərindən, eləcə də Azərbaycan Respublikası və Kürdüstan bölgəsi vasitəsilə daxil olub. Cənub su sərhədləri və Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omanın marşrutları da bu avadanlıqların digər giriş mənbələri olub",- Rəhimi iddia edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar