SON XƏBƏRLƏR

İranda daha 5 bəhai həbs edildi

2026.08.24, 12:03
İranda daha 5 bəhai həbs edildi

Mazandaran əyalətinin Sari şəhərində islam dininin bəhai təriqətinə mənsub olan daha 4 nəfər həbs edilib.

Gunaz.tv

Bu haqda Beynəlxalq Bhai İcması məlumat yayıb.

Məlumata görə, Kəşfiyyat Nazirliyinin yerli bölməsinin məmurları Maral Roşəni, Nigar Bədii, Şima Sənai, Faxirə Zahedi və Sürəyya Mənüçöhrinin evlərinə hücum edib, axtarış aparıb və onları istintaq təcridxanaya köçürüblər.

Həbs olunanlardan ikisi bir neçə saat dindirildikdən sonra girov qarşılığında müvəqqəti sərbəst buraxılsa da, Şima Sənai, Faxirə Zahedi və Sürəyya Mənüçöhri təhlükəsizlik təcridxanasına aparılıblar.

Adı çəkilən bəhai xanımların ittihamları və həbs səbəbləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar