SON XƏBƏRLƏR

Yunanistan İran təhdidinə görə HHM sistemini gücləndirdi

2026.08.24, 13:56
Yunanistan İran təhdidinə görə HHM sistemini gücləndirdi

İslam Respublikasının Avropadakı ABŞ hərbi bazalarına və qurğularına qarşı təhdidlərindən sonra Afina Karpatos adasından Krit adasına Patriot hava hücumundan müdafiə batareyası köçürüb.

Gunaz.tv

Bu haqda Yunanistan mediası məlumat yayıb.

Məlumata görə, sistem Souda hərbi bazasının yaxınlığında yerləşdiriləcək və bu strateji bazanın qorunmasını gücləndirəcək.

Bu addım "Financial Times" qəzetinin İran hökumətinə yaxın mənbələrə istinadən ABŞ hücumlarının şiddətlənəcəyi təqdirdə Tehranın Cənub-Şərqi Avropadakı ABŞ hərbi hədəflərinə hücum etmək variantını nəzərdən keçirdiyini bildirməsindən sonra atılıb.

Məlumata görə, Bolqarıstan və Kiprdəki ABŞ qurğuları Tehran hökumətinin nəzərdən keçirdiyi mümkün hədəflər arasında idi.

Qeyd edək ki, son həftələrdə İslam Respublikası Avropa ölkələrini ərazilərini və bazalarını ABŞ əməliyyatları üçün istifadəyə vermək barədə xəbərdar edib.

Abbas Araqçı Bolqarıstan və Kiprdən öz ərazilərinin ABŞ hərbi əməliyyatları üçün istifadəsinə icazə verməmələrini istəyib.

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də xəbərdarlıq edib ki, Amerikanın İrana qarşı əməliyyatları üçün Bolqarıstannın öz obyektlərdən istifadə etməyə icazə verməsi müharibədə iştirak hesab ediləcək.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar