SON XƏBƏRLƏR

Mədəni fəal Təbriz həbsxanasına salındı

2026.08.24, 14:39
Mədəni fəal Təbriz həbsxanasına salındı

Azərbaycanlı mədəni fəal Seyyid Məhəmmədrza Müvəhhed avqustun 23-də Təbriz həbsxanasına salınıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Təbriz İnqilab Məhkəməsinin 2-ci bölməsi bu ilin yanvar ayında onu "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "qanunsuz qrupa üzv olmaq"da günahlandırılaraq 7 il 2 ay həbs cəzasına məhkum edilib.

Şərqi Azərbaycan Apelliyasiya Məhkəməsi milli fəalın barəsində çıxarılan qərarı olduğu kimi qüvvədə saxlayıb və həbs müddətinin 3 il 7 ayının mütləq çəkilməsi barədə hökm verib.

Qeyd edək ki, Təbriz Universitetinin Beynəlxalq Hüquq üzrə magistr dərəcəsi tələbəsi olan Məhəmmərza Müvəhhed 13 sentyabr 2023-cü ildə Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən Mərənd şəhərində həbs edilib, həmin ilin 9 dekabrında isə 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

O, bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə təqib və təzyiqlərə məruz qalıb, həbs edilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar