SON XƏBƏRLƏR

Qərbi Azərbaycanın məhkəmə sədri Tehrana aparıldı

2026.08.24, 16:16
Qərbi Azərbaycanın məhkəmə sədri Tehrana aparıldı

Qərbi Azərbaycan əyaləti məhkəməsinin başçısı Nasir Ətəbati Tehran əyaləti məhkəməsinin sədri vəzifəsinə təyin olunub.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Onun yeni vəzifəyə təyin olunması barədə İran məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni Ejeini hökm imzalayıb.

Qeyd edək ki, 1975-ci ildə Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) şəhərində anadan olan Nasir Ətəbati 5 il idi əyalətdə fəaliyyət göstərirdi. Daha əvvəl isə Ərdəbil əyalətinin məhkəmə səri olan Ətəbati, xüsusən siyasi fəallara qarşı ağır cəza hökmləri ilə tanınır.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar