SON XƏBƏRLƏR

Pezeşkianın qızı Azərbaycanın vitse-prezidentinə təbrik mesajı göndərdi

2026.08.26, 23:54
Pezeşkianın qızı Azərbaycanın vitse-prezidentinə təbrik mesajı göndərdi

Gunaz.tv

İran Prezidenti Məsud Pezeşkiyanın qızı Zəhra Pezeşkiyan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə təbrik mesajı göndərib.

GunAz TV-nin məlumatına görə, Zəhra Pezeşkiyan mesajında Mehriban Əliyevaya sağlamlıq, uzun ömür və uğurlar arzulayıb, onun sosial, mədəni və beynəlxalq fəaliyyətini “görkəmli, müdrik və fədakar” adlandırıb.

O, həmçinin İran və Azərbaycan arasındakı tarixi münasibətlərə toxunaraq, iki ölkəni “qonşu, dost və qardaş” adlandırıb və qadınların bu əlaqələrin qorunub möhkəmləndirilməsindəki rolunu vurğulayıb.

Zəhra Pezeşkiyan mesajının sonunda Azərbaycan xalqına tərəqqi və rifah arzulayıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar