SON XƏBƏRLƏR

Qanunsuz tullantıların atılması Mianqala biosfer qoruğunu təhlükə altında qoyur

2026.08.27, 15:56
Qanunsuz tullantıların atılması Mianqala biosfer qoruğunu təhlükə altında qoyur

Mianqala bataqlığının cənub-qərbində yerləşən Başıqara Təpə ərazisində tullantıların düzgün şəkildə utilizasiya edilmədiyini göstərən videoların yayılması ekoloqlar arasında bu biosfer qoruğunun üzləşdiyi təhlükələrlə bağlı yeni narahatlıqlara səbəb olub.

Gunaz.tv

Ekoloji fəallar və Mazandaran əyalətinin Behşəhr rayonundakı Qara Təpə kəndinin bir neçə sakini Behşəhr prokuroruna müraciət edərək ərazidə zibil atılmasının dərhal dayandırılmasını tələb edib. “Qara Təpə - Behşəhr” adlı Instagram hesabı məktubu yayımlayıb və qeyd edib ki, yerli rəsmilər nəzarətsiz tullantı problemini həll edəcəklərinə söz veriblər.

Behşəhrin şimal-qərbində yerləşən Qara Təpədə tullantıların atılması və nəticədə zəhərli süzüntü sularının yaranması prokurorun 2024-cü ildə Abbasabad turizm yolunun girişində yerləşən köhnə poliqonu bağlamasından iki il sonra baş verib. Həmin ərazi “Aşğal Təpə” (“Zibil təpəsi”) kimi tanınırdı.

Yerli ekoloqlar Başıqara Təpə  ərazisində atılan tullantılardan yaranan zəhərli süzüntü suları ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək, onların Mianqala bataqlığına axa və yeraltı torpaqları çirkləndirə biləcəyi barədə xəbərdarlıq ediblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar