SON XƏBƏRLƏR

Tramp: Putin NATO-ya hücum etməyəcək

2026.08.27, 23:59
Tramp: Putin NATO-ya hücum etməyəcək

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp Rusiyanın NATO üzvü ölkələrə hücum edə biləcəyi ilə bağlı narahatlıqları rədd edərək Vladimir Putinin belə bir niyyətinin olmadığını bildirib.

Gunaz.tv; Tramp cümə axşamı, avqustun 27-də jurnalistlərlə söhbətində və «Axios»a telefon müsahibəsində deyib: «Putin NATO ərazisinə hücum etməyəcək.»

Tramp Rusiya prezidenti ilə apardığı danışıqlara əsasən Moskvanın NATO üzvü ölkələrdən hər hansı birinə hücum etmək niyyətində olmadığı qənaətində olduğunu bildirib və bu məsələdə narahat olmadığını deyib.

ABŞ prezidenti həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya son səfərinə toxunaraq görüşdə qeyri-adi və ya xüsusi mesajın olmadığını bildirib. Onun sözlərinə görə, Retkliff hər altı aydan bir və ya ildə bir dəfə rusiyalı həmkarı ilə görüşür və tərəflər arasında münasibətlər yaxşıdır.

Tramp Rusiyanın Hörmüz boğazı ilə bağlı davranışını da «çox yaxşı» qiymətləndirib.

O, İranla bağlı isə Vaşinqtonun Tehranla danışıqlar aparmadığını və Hörmüz boğazının açıq olduğunu bildirib. Tramp ABŞ-ın boğazdakı dəniz minalarını təmizlədiyini və Hörmüz üzərində nəzarəti ələ keçirdiyini iddia edib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar