SON XƏBƏRLƏR

İIKK yeni etiraz dalğası ilə bağlı xəbərdarlıq etdi

2026.08.28, 10:43
İIKK yeni etiraz dalğası ilə bağlı xəbərdarlıq etdi

İİKK (İslam İnqilabı Keşikçiləri Korpusu) kəşfiyyatı yeni etirazlar barədə xəbərdarlıq bəyanatı yayıb.

Gunaz.tv

Bəyanatda İranın əleyhdarlarının strategiyalarını dəyişdirdikləri və "daxili təzyiqi" artırdıqları iddia edilib.

ABŞ və İsraili günahlandıran İİKK, İslam Respublikasına qarşı mümkün ssenarilər kimi "böhran mərkəzlərinin aktivləşdirilməsini, pul və maliyyə bazarlarında inflyasiyanın yüksəldilməsini, psixoloji müharibəni və təhlükəsizlik əleyhinə əməliyyatları" göstərib.

Bu xəbərdarlıq, dolların qiymətinin artması, dolanışıq problemləri və benzin qıtlığının hökumət rəsmiləri və media orqanları arasında yeni etiraz dalğasının başlaması ilə bağlı narahatlıqların artırdığı bir vaxtda təsadüf edir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar