SON XƏBƏRLƏR

İranın 7 əyalətində 11 bəhai həbs edilib

2026.08.28, 13:30
İranın 7 əyalətində 11 bəhai həbs edilib

Son bir neçə gün ərzində İranın 7 əyalətində islam dininin bəhai təriqətinə mənsub olan 11  nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Həbslər zamanı bəhailərin evində axtarış aparıldığı, onlara məxsus şəxsi əşyaların müsadirə olunduğu və həmin şəxslərə qarşı zorakılıq edildiyi bildirilib.

Beynəlxalq Bəhai İcmasının Cenevrə Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Simin Fəhəndej, Bəhai vətəndaşlarının əmlakının müsadirə edilməsini "gündüz vaxtı dövlət quldurluğu" adlandırıb.

Fəhəndej daha sonra İran hakimiyyətini Bəhai vətəndaşlarının dolanışıqlarını təmin etmək üçün istifadə etdikləri əmlakın, aktivlərin və avadanlıqların müsadirə edilməsi prosesinə son qoymağa və zərər çəkən ailələrə müsadirə edilmiş əmlakı geri qaytarmaq və effektiv hüquqi tədbirlər görmək imkanı yaratmağa çağırdı.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar