SON XƏBƏRLƏR

Bu, İran hökumətinə qarşı təzyiqin şiddətlənməsidir- Media

2026.08.28, 13:56
Bu, İran hökumətinə qarşı təzyiqin şiddətlənməsidir- Media

Avqustun 27-i səhər tezdən Tehranda və İranın bir neçə digər şəhərinin yanacaqdoldurma məntəqələrinin qarşısında avtomobil növbələri bir neçə kilometrə qədər uzanıb. 

Gunaz.tv

Bu barədə "Euronews" yazıb.

"Bu vəziyyəti Tehran hökumətinə artan təzyiqin əlamətidir. Növbələr gecə yarısından başlayıb və bəzi ərazilərdə yanacaqdoldurma məntəqələri vətəndaşlara benzin vermədən bağlanıb",- məlumatda bildirilib.

Qeyd  olunub ki, bu vəziyyət İranın gündəlik təxminən 15 milyon litr benzin çatışmazlığı ilə üzləşdiyi bir vaxtda baş verir.

Eyni zamanda, hökumət benzin və dizel yanacağının qiymətinin artırılmalı olduğunu elan etsə də, artımın vaxtı və miqdarı hələ elan olunmayıb.

Avropa xəbər agentliyi yazır ki, yanacaq qiymətlərinin artması İslam Respublikası hökuməti üçün çox riskli siyasi məsələdir:

"2019-cu ilin noyabr ayında benzin qiymətlərinin sonuncu dəfə artırılması genişmiqyaslı etirazlara və aksiyaların qanlı şəkildə yatırılmasına səbəb olub".

Məlumatda həmçinin 2026-cı ilin yanvar ayında yüksək inflyasiyadan sonra yaranan və təhlükəsizlik qüvvələri tərəfindən qəddarlıqla yatırılan ölkə miqyaslı etirazlara da toxunulub.

Bununla yanaşı İnqilab Keşikçiləri Korpusu ilə hökumət arasında strateji yanacaq ehtiyatlarına çıxışla bağlı mübahisə barədə məlumatlar dərc olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar