SON XƏBƏRLƏR

İran Statistika Mərkəzi: Ərzaq məhsullarının qiyməti bir ildə 127 faiz artıb

2026.08.28, 17:35
İran Statistika Mərkəzi: Ərzaq məhsullarının qiyməti bir ildə 127 faiz artıb

Gunaz.tv

İran Statistika Mərkəzi ölkədə illik inflyasiyanın avqust ayında 89 faizə çatdığını, ərzaq və içkilərin qiymətinin isə ötən ilin eyni ayı ilə müqayisədə 127,5 faiz artdığını açıqlayıb.

Günaz TV-nin məlumatına görə, ən yüksək qiymət artımı tütün məhsullarında qeydə alınıb. Bu məhsulların qiyməti bir il ərzində təxminən 161 faiz bahalaşıb. Ərzaq və içkilər 127,5 faiz, mehmanxana və restoran xidmətləri 107 faizdən çox, nəqliyyat xərcləri isə təxminən 105 faiz artıb.

Mərkəz illik inflyasiyanın 69,9 faiz, aylıq inflyasiyanın isə 3,4 faiz olduğunu bildirib.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar