SON XƏBƏRLƏR

"Traktor" yeni mövsümdə dördüncü qələbəsini qazandı

2026.08.29, 10:43
"Traktor" yeni mövsümdə dördüncü qələbəsini qazandı

İran futbolunun Premyer Liqasının 25-cı mövsümünün dördüncü həftəsinin oyunları çərçivəsində Təbrizin "Traktor" komandası ilə Yəzdin "Çadermlu" komandası qarşılaşıb.

Gunaz.tv

Bu haqda idman mediası məlumat yayıb.

Məlumata görə, qarşılaşma avqustun 28-də yerli vaxtla saat 19-da Yəzd şəhərinin Şəhid Nəsiri stadionunda baş tutub.

Gərgin şərayitdə keçən qarşılaşmada "Traktor" 2-0 hesablı qələbə qazanıb.

Bu nəticə ilə "Traktor" dörd oyunda 13 xal qazanaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. 

Qeyd edək ki, Təbriz komandasının qələbəsindən sonra yəzdli azarkeşlər "Traktor" komandasının oyunçularını, azərbaycanlı azarkeşləri təhqir edib, onlara butulka və başqa əşyalar atıblar.

Buna görə, "Traktor" Klubu "Çadermlu" Klubundan İntizam Komitəsinə şikayət edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar