SON XƏBƏRLƏR

İranda daxili repressiyalar və ölüm hökmləri güclənib

2026.08.29, 14:26
İranda daxili repressiyalar və ölüm hökmləri güclənib

Müharibənin başlanğıcından bəri İslam Respublikası hakimiyyəti daxili repressiyaları əhəmiyyətli dərəcədə artırıb.

Gunaz.tv

Bu barəə İran İnsan Hüquqları Kampaniyası X sosial şəbəkəsindəki paylaşımında bildirib.

İnsan hüquqları təşkilatı siyasi işlərin baxılması prosesinin daha sürətlə davam etdirildiyini və siyasi motivli işlərdə uzunmüddətli həbs cəzalarının və ölüm hökmlərinin verildiyini qeyd edibi; təşkilatın məlumatına görə, bir çox hallarda ədalətli məhkəmə araşdırması aparılmayıb.

İran İnsan Hüquqları Kampaniyası həmçinin İranda ölüm hökmlərinin verilməsi prosesi ilə bağlı xəbərdarlıq edərək bildirib ki, bir çox hallarda təqsirləndirilən şəxslər məhkəmə prosesi zamanı əsas hüquqlarından məhrum edilir.

Təşkilatın məlumatına görə, hökmlər işgəncə və ya təzyiq altında əldə edilən etiraflara əsasən verilir.

Təşkilat həmçinin "milli təhlükəsizlik" ilə bağlı ittihamların müxalifləri və etirazçıları təqib etmək üçün getdikcə daha çox istifadə edildiyini və bəzi hallarda ölüm hökmlərinə səbəb olduğunu vurğulayıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar