SON XƏBƏRLƏR

Azərbaycan və Türkiyə qadın voleybol milli komandaları üz-üzə gələcək

2026.08.30, 13:41
Azərbaycan və Türkiyə qadın voleybol milli komandaları üz-üzə gələcək

Gunaz.tv

GünAz TV xəbər verir ki, Azərbaycan və Türkiyə qadın voleybol milli komandaları sentyabrın 1-i, çərşənbə axşamı, 2026-cı il Qadınlar arasında Avropa Voleybol Çempionatının 1/16 final mərhələsində İstanbulda üz-üzə gələcəklər.

Qarşılaşma Azərbaycan vaxtı ilə saat 20:00-da (Türkiyə vaxtı ilə saat 19:00-da və Güney Azərbaycan vaxtı ilə saat 19:30-da) İstanbulun Sinan Erdem İdman Salonunda keçiriləcək.

Azərbaycanın qadın voleybol milli komandası “C” qrupunda üçüncü yeri tutaraq 1/16 final mərhələsinə yüksəlib və turnirin ev sahibi Türkiyə ilə qarşılaşacaq.

Avropanın son çempionu və son Millətlər Liqasının qalibi olan Türkiyənin qadın voleybol milli komandası isə qrup mərhələsini 13 xalla ikinci pillədə başa vurub.

Bu qarşılaşmanın qalibi 1/4 final mərhələsində Belçika-Almaniya cütünün qalibi ilə qarşılaşacaq.

Qarşılaşma İstanbulda keçirilərkən hər iki komanda Avropanın ən yaxşı səkkiz komandası sırasına yüksəlmək uğrunda mübarizə aparacaq.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar