SON XƏBƏRLƏR

Husilərə çatdırılması nəzərdə tutulan hərbi yük ələ keçirilib

2026.08.30, 20:36
Husilərə çatdırılması nəzərdə tutulan hərbi yük ələ keçirilib

İran SEPAH-ının husilərə göndərdiyi hərbi yük Qırmızı dənizdə ələ keçirilib.

Gunaz.tv

GünAz TV xəbər verir ki, Yəmənin qərb sahili cəbhəsində fəaliyyət göstərən Milli Müqavimət qüvvələri İran tərəfindən husilər üçün göndərilən hərbi yükün Qırmızı dənizdə ələ keçirildiyini açıqlayıb.

Yəmənin Milli Müqavimətinin hərbi mediası bazar günü bildirib ki, əməliyyat avqustun 24-də SEPAH ilə birbaşa əlaqəli qaçaqmalçılıq şəbəkələrinin dəniz fəaliyyətinin müəyyən edilməsindən sonra həyata keçirilib.

Məlumata görə, Milli Müqavimətin hərbi dəniz qüvvələri aparılan intensiv patrullardan sonra yükü daşıyan qayığı əvvəlcədən müəyyən edilmiş vaxt və məkanda ələ keçirib.

Yəmənin Milli Müqavimətinin hərbi mediası ələ keçirilən avadanlıqların görüntülərini də yayıb və onların intiharçı pilotsuz uçuş aparatlarının hazırlanması və inkişafında istifadə edildiyini bildirib.

 

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar