SON XƏBƏRLƏR

Hər həftə İranla bağlı strukturlara yeni sanksiyalar tətbiq ediləcək- Bessent

2026.08.31, 09:03
Hər həftə İranla bağlı strukturlara yeni sanksiyalar tətbiq ediləcək- Bessent

ABŞ Prezidenti Donald Trampın administrasiyası Tehrana iqtisadi təzyiqi gücləndirmək üçün İranla əlaqəli strukturlara qarşı hər həftə yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Gunaz.tv

Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Reuters" agentliyinə müsahibəsində bildirib.

"Hər həftə onların daha da çoxalacağını görəcəksiniz", - o, yeni məhdudiyyətləri nəzərdə tutaraq deyib.

Bessentin sözlərinə görə, ilk növbədə banklar məhdudiyyətlərə məruz qalacaq. "Biz banklardan başlayırıq və onlara deyirik ki, İranın pullarını saxlamaq və rejimə kömək etmək yolverilməzdir", - nazir qeyd edib.

Bessent həmçinin bildirib ki, G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Eşvilldə (Şimali Karolina ştatı) keçiriləcək qarşıdakı görüşündə digər dövlətlərin nümayəndələrini İranla iqtisadi əlaqələrə görə mümkün sanksiyalar barədə xəbərdar edəcək. Görüş 31 avqust - 1 sentyabr tarixlərində keçiriləcək.

Daha əvvəl Bessent ABŞ-nin İrana qarşı ikinci dərəcəli sanksiyalar kampaniyasının genişləndiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, məhdudiyyətlər maliyyə əməliyyatlarına, rəqəmsal aktivlər, qızıl, texnologiya, aviasiya və gəmiçilik kimi sahələrdəki fəaliyyətlərə toxuna bilər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar