SON XƏBƏRLƏR

Brent markalı neft 3,7 faizdən çox bahalaşaraq 94 dollara yaxınlaşıb

2026.09.01, 21:52
Brent markalı neft 3,7 faizdən çox bahalaşaraq 94 dollara yaxınlaşıb

Gərginliyin artması Hörmüz boğazında neftin qiymətini kəskin yüksəldib.

Gunaz.tv

Neftin qiyməti çərşənbə axşamı, sentyabrın 1-də ABŞ-ın Hörmüz boğazı yaxınlığında İrandakı mövqelərə hava zərbələri endirdiyi barədə məlumatların yayılmasından sonra kəskin bahalaşıb.

İnterfaksın məlumatına görə, Brent markalı neft London birjasında 3 dollar 38 sent bahalaşaraq 3,74 faiz artıb və bir barel üçün 93 dollar 86 sentə çatıb.

Qərbi Texas neftinin qiyməti də 3 dollar 70 sent və ya 4,33 faiz artaraq bir barel üçün 89 dollar 47 sentə yüksəlib.

Axios-un jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində yazıb: “ABŞ Hərbi Hava Qüvvələri Hörmüz boğazı ərazisində İrandakı hədəflərə zərbələr endirir”.

Eyni zamanda, İran mediası ölkənin cənubunda partlayış səslərinin eşidildiyini bildirib. Press TV partlayışların, o cümlədən Qeşm adasında baş verdiyini açıqlayıb. “Əl-Cəzirə” telekanalı isə Bəndər Abbasda partlayış səslərinin eşidildiyini bildirib.

Neftin kəskin bahalaşması Hörmüz boğazı ətrafında qarşıdurmanın genişlənməsi və bunun qlobal enerji təchizatının təhlükəsizliyinə mümkün təsiri ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş verib.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar