SON XƏBƏRLƏR

Əsəluyə də bombalanıb

2026.09.01, 23:47
Əsəluyə də bombalanıb

Gunaz TV-nin məlumatına görə, Əsəluyə şəhərində partlayış səsləri eşidilib.

Gunaz.tv

Əsəluyə qubernatoru şəhərdə partlayış səsinin eşidildiyini bildirib.

Eyni zamanda, “Fars” xəbər agentliyi öz müxbirlərinə istinadən İran raketləri və pilotsuz uçuş aparatlarının buraxıldığını, onların hədəfinin isə “düşmən mövqeləri” olduğunu açıqlayıb.

İndiyədək rəsmi qurumlar bu hücumların təfərrüatları, hədəfləri və Əsəluyədə eşidilən partlayışların bildirildiyi raket və pilotsuz uçuş aparatı zərbələri ilə mümkün əlaqəsi barədə əlavə məlumat verməyib.

Əsəluyə hərbi, müdafiə və hava hücumundan müdafiə baxımından İran üçün son dərəcə strateji və həyati əhəmiyyət daşıyan bölgə hesab olunur. Burada SEPAH-ın Hava Hücumundan Müdafiə Qərargahının nəzarəti altında radar sistemləri və raketdən müdafiə şəbəkələri yerləşdirilib.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar