SON XƏBƏRLƏR

Kərəcdə daha 5 bəhai həbs edildi

2026.09.03, 09:49
Kərəcdə daha 5 bəhai həbs edildi

Kərəc şəhərində islam dininin bəhai təriqətinə mənsub olan daha 5 bəhai həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onların "sistemə qarşı təbliğat" və "islam qanunlarına zidd təbliğat fəaliyyəti"ndə günahlandırıldıqları bildirilib.

Bəhailərin həbs müddəti və saxlanılma şərayiti barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar