SON XƏBƏRLƏR

İranda narazı iş adamına ağır cəza verildi

2026.09.03, 14:29
İranda narazı iş adamına ağır cəza verildi

İran Ali Məhkəməsi etirazçılara dəstək verdiyinə görə saxlanılan məşhur iş adamı Sadiq Saediniya barədə qərarı təsdiq edib.

Gunaz.tv

Bu haqda İran məhkəməsinin "Mizan" saytı məlumat yayıb.

Məlumata görə, Saediniya 12 il 6 ay həbs cəzası və bütün əmlak və aktivlərinin müsadirə olunmasına məhkum edilib.

İş adamı "düşmən qrupların xeyrinə ölkənin təhlükəsizliyinə qarşı media və təbliğat fəaliyyəti aparmaq"da günahlandırılıb.

Qeyd edək ki, Qum şəhərindən olan Saediniya, İranın müxtəlif bölgələrində çoxsaylı kafe, restoran və şirniyyat evləri şəbəkəsinin sahibidir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar