SON XƏBƏRLƏR

İranda rejim dəyişikliyi əlçatandır- Netaniyahu

2026.09.04, 11:33
İranda rejim dəyişikliyi əlçatandır- Netaniyahu

İranla müharibə başlayandan altı ay sonra ölkəsinin qarşısında duran əsas vəzifə İran rəhbərliyini devirməkdir və bu məqsəd əlçatandır.

Gunaz.tv

Bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.
 
"Bu rejim hazırda sarsılır. O, heç vaxt belə zəif olmayıb, sağ qalmağa çalışır", – Netanyahu sentyabrın 3-də İsrail ordusunun rəhbərliyi ilə keçirilən tədbirdə deyib.

"Əminəm ki, bu təhlükəni birdəfəlik aradan qaldıra, bu rejimi devirə bilərik. Bu, qarşıda duran əsas vəzifədir və ona yaxınıq. Bu, qeyri-mümkün deyil, əlçatandır", – o bildirib.

"Bizi məhv etməyə çalışan və bizi yox etmək üçün nüvə bombaları ilə silahlanmaq istəyən bir rejimin yaratdığı təhlükə ilə üz-üzə idik. Bu təhlükəni, digər təhdidləri geri oturtduq", – Netanyahu vurğulayıb.

Baş nazir bildirib ki, Tehrandakı rejimin zəifliyi İranın artıq İsrailə hücum etməməsinin əsas səbəbidir.

İranın ali rəhbəri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələrinin ilk günündə öldürülüb. Sonradan rejimin və ordunun onlarla digər rəhbər şəxsi də hücumlar nəticəsində öldürülüb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar