SON XƏBƏRLƏR

Təbrizdə moda və geyim tədbirinin təşkilatçıları çağırılıb (Video)

2026.09.04, 17:39
Təbrizdə moda və geyim tədbirinin təşkilatçıları çağırılıb (Video)

Şərqi Azərbaycan Mədəniyyət və İslami İrşad İdarəsi Təbrizdə keçirilən moda və geyim tədbirinin təşkilatçılarını çağırıb.

Gunaz.tv

Təbrizdəki “Nəhzət malikanəsi”ndə keçirilən moda və geyim proqramları ilə bağlı görüntülərin yayılmasından sonra Şərqi Azərbaycan Mədəniyyət və İslami İrşad İdarəsi tədbirlərin təşkilatçısı olan “Homayi Səadət” Mədəni və İncəsənət İnstitutunu idarəyə çağıraraq tədbirlərin keçirilmə qaydasını araşdırmağa başlayıb.

Hökumət qurumu iddia edib ki, sentyabrın 1-də keçirilən rəsmi moda festivalı icazə əsasında təşkil olunub və rəsmi proqram zamanı məcburi hicab və geyim qaydalarına əməl edilib. İdarə həmçinin sentyabrın 2-də keçirilən tədbirin əvvəlki günün festivalından ayrı olduğunu və yayılan görüntülərin rəsmi festivala aid edilməsinin araşdırılmalı olduğunu bildirib.

Təşkilatçıların çağırılması bir daha göstərir ki, hətta icazə ilə keçirilən mədəni və incəsənət tədbirləri də hökumətin təzyiq və müdaxiləsindən kənarda qala bilmir. İdarə hər hansı pozuntu müəyyən ediləcəyi təqdirdə məsələni qanun çərçivəsində araşdıracağı ilə bağlı xəbərdarlıq edib.

Qurum həmçinin bildirib ki, araşdırma başa çatana qədər hər hansı şəxs və ya quruma qarşı pozuntu ilə bağlı qəti ittiham irəli sürülməyəcək və yekun qərar sənədlərin araşdırılmasından sonra veriləcək.

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar