SON XƏBƏRLƏR

Urmulu 12 yaşlı Əmir Məhəmməd türk mahnıları oxuduğu üçün hədəfə alındı

2026.09.04, 19:37
Urmulu 12 yaşlı Əmir Məhəmməd türk mahnıları oxuduğu üçün hədəfə alındı

Urmiyənin Hacı Pirli məhəlləsindən olan 12 yaşlı Əmir Məhəmməd Həsənpur türk mahnılarını ifa etməsi ilə sosial mediada böyük diqqət çəkib.

Gunaz.tv

Əmir Məhəmməd 2026-ci ilin avqust ayında tanınmış türk mahnılarından bir neçəsini ifa edərək sosial mediada, xüsusilə Türkiyədə geniş marağa səbəb olub. Onun ifalarının yayılmasından sonra çoxsaylı istifadəçilər yeniyetmənin istedadını alqışlayıb.

Lakin eyni zamanda, özünü “İransevər” adlandıran bəzi şəxslər ərəb dilində şərhlər yazaraq bu Güneyli yeniyetmənin Azərbaycan türk kimliyini inkar etməyə çalışıblar.

Bu reaksiyalar Azərbaycan və Türkiyə türklərinin sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. İstifadəçilərdən biri bu münasibətə etiraz edərək soruşub: “Bu uşağın qəlbini qırmağın nə faydası var?”

Bununla yanaşı, sosial mediada Əmir Məhəmmədin Türkiyənin “Müzikonair” musiqi şirkətinin baş direktoru Özcan Beylanla birlikdə fotosu yayılıb.

Paylaşımlarda şirkətin onunla əməkdaşlıq etmək üçün İrana gəldiyi iddia olunur. Lakin bu məlumat və mümkün əməkdaşlıq hələlik rəsmi şəkildə təsdiqlənməyib.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar