SON XƏBƏRLƏR

Tehran meri qovun yeyə-yeyə Xameneinin vəsiyyətnaməsindən danışdı! (Video)

2026.09.06, 09:32
Tehran meri qovun yeyə-yeyə Xameneinin vəsiyyətnaməsindən danışdı! (Video)

Gunaz.tv

Tehran meri Əlirza Zakani Əli Xameneinin vəsiyyətnaməsi ilə bağlı suala cavab verərkən qovun yeməsi sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

GunAzTV-nin məlumatına görə, Tehran meri şənbə günü, sentyabrın 5-də Məşhəddə tələbələrlə görüş zamanı qovun yeyə-yeyə Xameneinin vəsiyyətnaməsinin taleyi barədə danışıb və deyib: “Əli Xameneini öldürdükləri zaman, həmin bombardmanda onun əlyazmaları və kitabxanası məhv oldu. Vəsiyyətnaməsinin orada olub-olmaması barədə isə heç bir məlumat yoxdur.”

Bu anın görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və Zakaninin qovun yeməsi videonun əsas müzakirə mövzusuna çevrilib. İstifadəçilər İranın keçmiş rəhbərinin öldürülməsi və onun vəsiyyətnaməsinin itməsi barədə danışılan anlarda Tehran merinin rahat şəkildə qovun yeməsinə diqqət çəkiblər.

Xamenei ABŞ və İsrailin hücumunun ilk dəqiqələrində, hədəfə alınaraq öldürülüb.

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar