SON XƏBƏRLƏR

Hegseth İrana xəbərdarlıq edib: ABŞ gəmilərinə atəş açsanız, tankerlərinizi batıracağıq

2026.09.06, 10:22
Hegseth İrana xəbərdarlıq edib: ABŞ gəmilərinə atəş açsanız, tankerlərinizi batıracağıq

Gunaz.tv

ABŞ-ın müharibə naziri Pit Hegseth İrana xəbərdarlıq edərək, ABŞ gəmilərinə hücum ediləcəyi təqdirdə İranın neft tankerlərinin məhv ediləcəyini bildirib.

GunAzTV-nin məlumatına görə, Hegseth şənbə günü SEPAH-ın iki ABŞ hərbi gəmisinə raket hücumuna reaksiya olaraq ABŞ Mərkəzi Komandanlığının paylaşımını yayımlayıb və yazıb: “Məsələ sadədir; İran ABŞ gəmilərinə atəş açarsa, biz onların neft tankerlərini məhv edib batıracağıq. Onların etməli olduğu yeganə şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır.”

Hegseth İranın tanker donanmasının “müdafiəsiz” olduğunu bildirərək, İran rejiminin bu donanmanı qoruyacaq “nə Hərbi Dəniz Qüvvələri, nə də Hərbi Hava Qüvvələri”nin olduğunu deyib. O, ABŞ-ın təyyarə, gəmi və sualtı qayıqlarının bu tankerləri ABŞ Mərkəzi Komandanlığı və Hind-Sakit Okean Komandanlığının əməliyyat bölgələrində hədəfə ala biləcəyini vurğulayıb.

Bu açıqlamalar ABŞ Mərkəzi Komandanlığının şənbə günü SEPAH-la əlaqəli xam neft daşıyan üç tankerin ABŞ Hərbi Dəniz Qüvvələrinin iki hərbi gəmisinə atılan ballistik raketlərə cavab olaraq hədəfə alındığını açıqlamasından sonra verilib. CENTCOM hücumlarda heç bir ABŞ hərbçisinin xəsarət almadığını bildirib.

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar