SON XƏBƏRLƏR

Azərbaycan Muğam Musiqisinin VI Festivalı Təbrizdə keçiriləcək (Video)

2026.09.06, 12:55
Azərbaycan Muğam Musiqisinin VI Festivalı Təbrizdə keçiriləcək (Video)

Təbriz bir daha Azərbaycanın zəngin muğam irsinin sədalarına ev sahibliyi edəcək.

Gunaz.tv

Azərbaycan muğam musiqisinin qorunması, tanıdılması və gələcək nəsillərə çatdırılmasına həsr olunan festival sentyabrın 24-dən 29-dək Təbrizdə keçiriləcək.

GunAzTV-nin məlumatına görə, Azərbaycanın VI Muğam Musiqisi Festivalı iki bölmədə təşkil olunacaq. Sentyabrın 24-dən 26-dək proqramlar Media və İncəsənət şəhərciyində, sentyabrın 27-dən 29-dək isə Şəhriyar Beynəlxalq Konqres Mərkəzində keçiriləcək.

Festivalın bağlanış mərasimi də sentyabrın 29-da Şəhriyar Beynəlxalq Konqres Mərkəzində baş tutacaq.

Tədbir Azərbaycan musiqi mədəniyyətinin ən dəyərli incilərindən olan muğamın zəngin irsini nümayiş etdirmək, sənətkarları və musiqi qruplarını bir araya gətirmək, həmçinin bu qədim sənəti daha geniş auditoriyaya tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Təbrizin bu möhtəşəm musiqi irsinə ev sahibliyi etməsi şəhərin Azərbaycanın mədəniyyət və sənət tarixindəki mühüm yerini bir daha göstərir.

 

GunAzTV
R.G.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar