SON XƏBƏRLƏR

İranın BƏƏ-dən gizli yardım tələbi rədd edilib

2026.09.06, 18:25
İranın BƏƏ-dən gizli yardım tələbi rədd edilib

Gunaz.tv

BƏƏ İran nümayəndə heyətinin yardım almaq və ABŞ sanksiyalarından yayınmaqla bağlı gizli tələbini qəbul etməyib.

GunAzTV-nin məlumatına görə, “Axios”un yazdığına əsasən, İran nümayəndə heyəti avqustun 11-də gizli şəkildə Əbu-Dabiyə səfər edib və Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri ilə gərginliyin azaldılması və ikitərəfli münasibətlərin yaxşılaşdırılması barədə danışıqlar aparıb.

Məlumata görə, İran nümayəndə heyəti BƏƏ rəsmilərindən ərzaq və dərman da daxil olmaqla zəruri məhsulların təmin edilməsində İrana yardım etmələrini və ABŞ-ın Tehrana qarşı sanksiyalarının icrasında Vaşinqtonla əməkdaşlıq etməmələrini istəyib.

“Axios” BƏƏ rəsmilərinin bu tələbləri qəbul etmədiyini yazıb.

Amerikanın bu mediası həmçinin bildirib ki, səfərdən bir neçə gün sonra Hörmüz boğazında BƏƏ neft tankerlərinə hücumların güclənməsi fonunda Tehranla Əbu-Dabi arasında gərginlik yenidən artıb.

 

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar