SON XƏBƏRLƏR

İranda su ehtiyatları tükənir- Xəbərdarlıq

2026.09.07, 16:16
İranda su ehtiyatları tükənir- Xəbərdarlıq

İranın yeraltı su ehtiyatlarının təxminən 150 milyard kubmetri tükənib; bu həcm ölkənin bir il yarım bərpa olunan suyuna bərabərdir və hətta 10 illik normal yağıntı belə bunu kompensasiya edə bilməz.

Gunaz.tv

Bunu İqlim və Quraqlıq Böhranının İdarə Edilməsi üzrə Milli Mərkəzin rəhbəri Əhəd Vəzifə deyib.

"İran ardıcıl altıncı ildir ki, quraqlıq yaşayır və son 50 ildə orta yağıntı miqdarı 30-40 mm azalıb. Eyni zamanda, Yaxın Şərqdə temperaturun 2,5-3 dərəcə Selsi artması buxarlanma qabiliyyətini təxminən 20 faiz artırıb",- o əlavə edib.

O, həmçinin bildirib ki, İran əhalisinin yarıdan çoxu ölkənin yağıntılarının yalnız 25 faizini təşkil verən mərkəzi yaylada yaşayır və əyalətlərin bir çoxu torpaq çökməsi ilə üzləşib.

Ekoloqların fikrincə İrandakı su böhranı təkcə iqlim dəyişikliyinin nəticəsi deyil; onilliklərdir resursların səmərəsiz idarə olunması, balanssız inkişaf və İslam Respublikasının mərkəzçi siyasəti müxtəlif bölgələrdə su ehtiyatlarının tükənməsinə səbəb olub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar