SON XƏBƏRLƏR

Urmiyada üzüm festivalı keçirilir

2026.09.12, 09:49
Urmiyada üzüm festivalı keçirilir

Dünəndən başlayarq Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində 9-cu Beynəlxalq Üzüm Festivalı başlayıb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, sentyabrən 20-ə kim davam edəcək festivalda 12 ölkənin nümayəndələri iştirak edir.

Qərbi Azərbaycan üzümçülük üzrə İranda ilk yerlərdən birini tutur. Burada 21 min hektar sahədən hər il 240 min ton müxtəlif üzüm növləri əldə edilir.

Qeyd edək ki, Üzüm Festivalı Urmiya şəhərində hər il ənənəvi olaraq keçirilən ən böyük və rəngarəng mədəni-iqtisadi tədbirlərdən biridir. Regional kənd təsərrüfatı potensialını nümayiş etdirən bu festival, həm də bölgənin qədim tarixini, mədəniyyətini və folklorunu qoruyub saxlamaq məqsədi daşıyır.

Urmiya bölgəsində üzüm yığımı mövsümünə təsadüf edən bu festival adətən hər ilin sentyabr ayında təşkil olunur. Festivala həm Azərbaycan şəhərlərindən (Təbriz, Xoy, Ərdəbil və s.), həm də beynəlxalq səviyyədə rəsmi qonaqlar və turistlər qatılır.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar