SON XƏBƏRLƏR

Güneyli fəal; Gözəl Nəcəfi saxlanılıb

2026.09.13, 17:32
Güneyli fəal; Gözəl Nəcəfi saxlanılıb

Gunaz.tv

Güney Azərbaycanın Tufarqan (Azərşəhr) şəhərindən olan fəal Gözəl Nəcəfi 22 gündür saxlanılır və onun harada saxlanıldığı və səhhəti barədə heç bir məlumat yoxdur.

GünAz TV-yə danışan məlumatlı mənbə bildirib: “Gözəl Nəcəfi türk dili, ana dilində təhsilə diqqət yetirilməsinin zəruriliyi və Azərbaycanın ekoloji problemləri, o cümlədən Urmiya gölünün vəziyyəti ilə bağlı materiallar yayımlayırdı.”

Mənbənin sözlərinə görə, 50 yaşlı azərbaycanlı ana 23 avqust 2026-cı ildə saxlanılıb və bir həftə Tufarqanda həbsdə saxlanıldıqdan sonra Təbrizə köçürülüb. Bundan sonra onun vəziyyəti və harada saxlanıldığı barədə hər hansı məlumat açıqlanmayıb.

Məlumatlı mənbə həmçinin bildirib ki, Gözəl Nəcəfinin xəstəliyi var və müalicə və tibbi nəzarətə ehtiyac duyur. Bu vəziyyət onun səhhəti ilə bağlı narahatlıqları daha da artırıb.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar