SON XƏBƏRLƏR

Xanada daha bir nəfəri güllələndi

2026.09.14, 14:46
Xanada daha bir nəfəri güllələndi

Qərbi Azərbaycan əyalətinin Xana (Piranşəhr) şəhərində naməlum silahlı şəxslər miliyyətcə kürd olan İslam Kak Dərvişi adlı şəxsi güllələyərək öldürüblər.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, o, Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmaninin müavini Xızr Kak Dərvişinin qardaşıdır.

Kürd tayfalarından birinin ağsaqqallarından olan şəxsin hökumətə yaxınlığı ilə tanındığı bildirilib.

Qeyd edək ki, bu, bir həftə ərzində bu qəbildən olan ikinci hadisədir. Bir neçə gün əvvəl isə kürd əsilli din xadimi Molla Məhəmməd Nezhəti də güllələnərək qətlə yetirilib.

Onun kürd silahlı qruplaşmalarının üzvləri tərəfindən öldürüldüyü bildirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar