SON XƏBƏRLƏR

İranda yük daşımaları xərcləri 25 faiz artdı

2026.09.14, 15:23
İranda yük daşımaları xərcləri 25 faiz artdı

Xorrəmşəhr Ticarət Palatasının rəhbəri Şələmçə ticarət sərhədinin bu səhər yenidən açıldığını, ancaq keçidin iki günlük bağlanmasının malların daşınma xərclərini təxminən 25 faiz artırdığını deyib.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Mustafa Musəvi Şələmçə bağlı olsa da, tacirlərin yüklərini digər sərhədlərdən keçirməyə məcbur olduqlarını söyləyib; bu addım logistika və yük daşımalarının xərclərini əhəmiyyətli dərəcədə artırdı.

Qeyd edək ki, Şələmçə və Çəzabə sərhədləri İraqdan Səudiyyə Ərəbistanının Şərq-Qərb boru kəmərinə edilən dron hücumundan sonra bağlanmışdı. 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar