SON XƏBƏRLƏR

İranda daha üç bəhai həbs edildi

2026.09.15, 09:56
İranda daha üç bəhai həbs edildi

İranın Şiraz şəhərində islam dininin bəhai təriqətinə mənsub olan daha üç nəfər həbs edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat verib.

Məlumata görə, 21 yaşlı Barobd Sepehri, 19 yaşlı Arşiya Caberi və hələlik kimliyi müəyyən edilməyən bir qadın saxlanılıb.

Onların həbs səbəbi və hara aparıldıqları barədə açıqlama verilməyib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar