Bu proses daha əvvəl Təbrizdə Koroğlu mərasimi ilə bağlı baş verən hadisələri xatırladır.
Bu təzyiqlərin İran İslam Respublikasının sərt qanadına və SEPAH-a yaxın qruplara bağlı olduğu bildirilir. Qərbi Azərbaycan əyalətindəki bəzi rəsmi şəxslərin də festivalın keçirilməsinin qarşısını almağa çalışdığı qeyd olunur. Məqsədin tədbirin tamamilə dayandırılması və ya ən azı bu ilin festivalın sonuncu keçirildiyi il olması olduğu bildirilir.
Eyni zamanda, bu qüvvələrə yaxın bəzi media qurumları “Bu üzüm festivalıdır, yoxsa toy salonu?” sualı ilə tədbiri tənqid ediblər.
Son günlər rejimə bağlı şəxslər də hökumətyönlü toplantılarda plakatlar qaldıraraq festivalı “əxlaqsızlığın təbliği”, “Allahın hüzurunda günah” və “çürümüş Qərb mədəniyyətinin təbliği” adlandırıb və onun dayandırılmasını tələb ediblər.
Bu təzyiqlər fonunda Qərbi Azərbaycan Əyalətinin Mədəni İrs üzrə baş direktoru Mürtəza Səfəri və Urmiya meri Aydın Rəhmani festivalın yerli adət-ənənələrin qorunması, turizmin inkişafı, iqtisadi canlanmanın təmin edilməsi, yerli imkanların tanıdılması və əyalətdə sosial fəallığın artırılması üçün mühüm fürsət olduğunu bildiriblər.
IX Urmiya Üzüm Festivalı (Üzüm Fəstivali) 10 gün ərzində, Çiçest kəndində müxtəlif üzüm və üzüm məhsullarının birbaşa satış stendləri, eləcə də mədəni və incəsənət proqramları ilə keçiriləcək.
Ş.A