SON XƏBƏRLƏR

Ceyhun Bayramov: TDT-nin gücləndirilməsi Azərbaycan və Türkiyə üçün hər zaman önəm kəsb edir

2026.09.15, 14:38
Ceyhun Bayramov: TDT-nin gücləndirilməsi Azərbaycan və Türkiyə üçün hər zaman önəm kəsb edir

“Hökumətlərarası Komissiyanın fəaliyyətinə böyük önəm veririk”.

Gunaz.tv

Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanla Türkiyənin münasibətləri kontekstində humanitar sahələr də xüsusi önəm kəsb edir: “Bu gün müzakirələrimiz kontekstində çoxtərəfli platformalarda Azərbaycan-Türkiyə əməkdaşlığını da qeyd etdik. Bu mənada TDT kontekstində iş birliyi müzakirə edildi. Gələn ay TDT-nin növbəti Zirvəsi keçiriləcək. Buna hazırlıq müzakirə edildi. Bu təşkilatda həmrəyliyin daha da gücləndirilməsi Azərbaycan və Türkiyə üçün hər zaman önəm kəsb edir”.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar