SON XƏBƏRLƏR

İran hakimiyyəti müxaliflərə qarşı yeni alət işə saldı

2026.09.15, 22:26
İran hakimiyyəti müxaliflərə qarşı yeni alət işə saldı

Gunaz.tv

İranın hakimiyyətə bağlı mediası xaricdə yaşayan İranlı tənqidçi və müxaliflər barədə məlumat vermək üçün “Əlac” adlı yeni sistemin yaradıldığını açıqlayıb.

Gunaz TV xəbər verir ki, sistem “milli təhlükəsizliyin qorunması” adı altında yaradılıb. Lakin tənqidçilər bunu hakimiyyətə qarşı çıxanlara təzyiqin artırılması, nəzarətin gücləndirilməsi və qorxu mühitinin yaradılması üçün yeni vasitə kimi qiymətləndirirlər.

Fars xəbər agentliyi isə açıq təhdid xarakterli açıqlamasında yazıb: “İrana xəyanətin qiyməti var və bunun hüquqi nəticələri olacaq.”

“Əlac” sisteminin işə salınması İran hakimiyyətinin ölkə xaricində yaşayan şəxslərə qarşı təzyiq və təhlükəsizlik təqiblərini genişləndirməsi ilə bağlı narahatlıqları artırıb.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar