SON XƏBƏRLƏR

Zelenski: Müharibənin qalibi olmayacaq

2026.09.16, 12:32
Zelenski: Müharibənin qalibi olmayacaq

“Rusiya-Ukrayna müharibəsində “hamının qalib gəldiyi vəziyyət” ola bilməz”.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı qeyd edib ki, böyük insan itkilərinin olduğu durumda müharibə hər iki tərəfin qələbəsi ilə başa çata bilməz. Zelenski vurğulayıb ki, prioritet hərbi əməliyyatların dayandırılması və insanların həyatının xilas edilməsi olmalıdır.

O əlavə edib ki, müharibənin dayandırılması üçün Rusiya Prezidenti Vladimir Putinin mövqeyini dəyişmək lazımdır.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar