SON XƏBƏRLƏR

Şimali Koreya nüvə silahı ilə hədələdi

2026.09.16, 20:32
Şimali Koreya nüvə silahı ilə hədələdi

Şimali Koreya ABŞ və Cənubi Koreyanın addımlarına cavab olaraq nüvə silahından istifadə ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Koreyanın Mərkəzi Xəbər Agentliyinə istinadən, Şimali Koreyanın Müdafiə Nazirliyi bildirib ki, 2022-ci ildə qəbul edilmiş qanuna əsasən, ölkə rəhbərliyinə və ya nüvə qüvvələrinin komanda sisteminə hücum, həmçinin Şimali Koreyaya qarşı kütləvi qırğın silahlarından istifadə təhlükəsi yaranacağı təqdirdə, ölkənin nüvə arsenalından istifadə edilə bilər.

Bəyanatda deyilir: “Düşmənlərin kütləvi qırğın silahlarından istifadə və ölkəmizə hücumla bağlı bu cür təhdidləri təhlükəsizliyimizin təmin edilməsi üçün ən ciddi çağırışdır və ölkənin nüvə silahlı qüvvələri siyasətinə dair müddəaların həyata keçirilməsini zəruri edir.”

Şimali Koreya ABŞ və Cənubi Koreyanı hərbi təhlükə hesab edir. ABŞ və Cənubi Koreya isə Pxenyanın raket və nüvə proqramlarını təhlükəsizlik təhdidi kimi qiymətləndirir. Tərəflər arasında bu qarşılıqlı təhdid və çəkindirmə siyasəti gərginliyin onilliklərdir davam etməsinə səbəb olub.

 

Gunaz TV 
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar