SON XƏBƏRLƏR

ABŞ Prezidenti Nyu-Yorkda körfəz ölkələrinin liderləri ilə görüşəcək

2026.09.17, 10:46
ABŞ Prezidenti Nyu-Yorkda körfəz ölkələrinin liderləri ilə görüşəcək

​​​​​​​ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Bəsrə Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin liderləri və ya xarici işlər nazirləri ilə görüş keçirməyi planlaşdırır.

Gunaz.tv

Bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, danışıqlarda əsas diqqət Vaşinqtonun İranla müharibə başa çatdıqdan sonrakı vəziyyətlə bağlı planlarına yönəldiləcək.

"Axios" qeyd edir ki, Tramp administrasiyası müharibədən sonrakı dövr üçün kompleks plan hazırlayır. Onun ABŞ-dəki aralıq seçkilərdən sonra yekun olaraq təsdiqlənəcəyi gözlənilir.

ABŞ Dövlət Departamenti artıq görüşə ilkin dəvətnamələri göndərib. Görüşdə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Oman nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar