SON XƏBƏRLƏR

Təbrizli fəal həbs edilib

2026.09.17, 14:00
Təbrizli fəal həbs edilib

Təbrizdə yaşayan fəal Abdullah Sadeqian həbs edilib.

Gunaz.tv

Bu haqda onun yaxınlaı məlumat yayıb.

Məlumata görə, təbrizli fəal yanvar etirazlarında iştirak etdiyinə görə saxlanılıb.

"Yanvar etirazları zamanı həbs edilən Sadeqian, 20 gün Kəşfiyyat Nazirliyinin yerli təcridxanasında dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. O, çağırış əsasında ötən həftə Təbriz İkinci Cəza Məhkəməsinin 118-ci bölməsində getdikdən sonra həbs edilərək Təbriz həbsxanasına köçürülüb",- məlumatda bildirilib.

Abdullah Sadeqian "daxili təhlükəsizliyi pozmaq üçün toplaşmaq və əlbir olmaq", "İslam Respublikasına qarşı təbliğat" və "İslam müqəddəslərini təhqir etmək"də günahlandıılıb.

Təbrizli fəal barəsində irəli sürülən üç ittihamdan ikisnə görə 6 və 8 ay (ümumilikdə 14" ay həbs cəzasına məhkum edilib.

Onun yaxınları barəsində irəli sürülən ittihamların əsassız olduğunu bildirirlər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar