SON XƏBƏRLƏR

İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var

2026.09.18, 12:59
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var

Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində naməlum silahlılarla hökumət qüvvələri arasında silahlı qarşıdurma olub.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, şəhərin mərkəzi hissəsində baş verən qarşıdurma zamanı 1 hökumət məmuru, 3 silahlı və yoldan keçən iki qadın yaralanıb.

İki saat davam edən qarşıdurmadan sonra naməlum silahlıların bir neçəsinin hadisə yerindən qaçdıqları bildirilib.

Hələlik heç bir qruplaşma silahlı hücumun məsuliyyətini öz üzərinə götürməyib.

SEPAH isə yaydığı bəyanatda qarşıdurma zamanı iki silahlının öldürüldüyünü və birinin yaralı olaraq saxlanıldığını bildirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar