SON XƏBƏRLƏR

İranda qadın sığınacaqları bir-bir bağlanır

2026.09.18, 21:33
İranda qadın sığınacaqları bir-bir bağlanır

Cəmi beş təhlükəsiz ev; bütün İranda zorakılığa məruz qalan qadınların payına düşən sığınacaq!

Gunaz.tv

İranda zorakılığa və müxtəlif zərərlərə məruz qalan qadınlar üçün qeyri-dövlət təhlükəsiz evlərinin sayı kəskin azalıb.

Gunaz TV xəbər verir ki, “Şərq” qəzetinin məlumatına görə, 2021–2026-ci illər arasında fəaliyyət göstərən 15 qeyri-dövlət təhlükəsiz evindən və yaradılması planlaşdırılan altı mərkəzdən hazırda bütün İranda yalnız beş təhlükəsiz ev fəaliyyət göstərir.

Məlumata görə, fəaliyyətini davam etdirən bəzi mərkəzlər də maliyyə problemləri və bağlanma təhlükəsi ilə üzləşib.

Bu sahədə fəaliyyət göstərən şəxslərin sözlərinə görə, təhlükəsiz evlər qadınların zorakılıq dövrəsindən çıxması üçün ən mühüm dəstək məkanlarından biridir. Bu mərkəzlərin olmaması, xüsusilə kiçik şəhərlərdə, sərhəd bölgələrində və kəndlərdə zorakılığa məruz qalan qadınların təcili sığınacaq və dəstəyə çıxışını daha da çətinləşdirir.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar