SON XƏBƏRLƏR

Fidan: Türkiyə Səudiyyə Ərəbistanının hərbi ehtiyaclarını araşdıracaq

2026.09.20, 11:35
Fidan: Türkiyə Səudiyyə Ərəbistanının hərbi ehtiyaclarını araşdıracaq

Gunaz.tv

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın “Məkkə Müdafiə Paktı” çərçivəsində Səudiyyə Ərəbistanının hərbi ehtiyaclarını araşdıracağını bildirib.

Fidan Türkiyənin Səudiyyə Ərəbistanının İran və ABŞ arasındakı münaqişəyə cəlb olunmasını istəmədiyini və Ankaranın Ər-Riyadın yanında olduğunu bildirib.

O, həmçinin münaqişənin sona çatdırılması üçün müxtəlif tərəflərə təkliflər təqdim edildiyini açıqlayıb.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ötən ay “Məkkə Müdafiə Paktı”nı imzalayıb. Razılaşmaya əsasən, üzvlərdən birinə qarşı silahlı hücum bütün üzvlərə qarşı hücum hesab olunur.

Fidanın açıqlamaları husilərin Səudiyyə Ərəbistanına hücumlarının və ölkədə raket və pilotsuz uçuş aparatları ilə bağlı təhlükəsizlik xəbərdarlıqlarının artdığı bir vaxtda səslənib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar