SON XƏBƏRLƏR

Urmuya gələn xarici diplomatlar Azərbaycan milli geyimində qarşılanıb (Video)

2026.09.20, 12:36
Urmuya gələn xarici diplomatlar Azərbaycan milli geyimində qarşılanıb (Video)

Xarici qonaqlar Urmuda Azərbaycan geyimində qarşılandı. Festivalında Azərbaycan mədəniyyəti nümayiş etdirildi

Gunaz.tv

Xarici ölkələrin səfirləri və diplomatları Urmu şəhər rəhbərliyinin dəvəti ilə 9-cu “Üzüm Festivalı”nda iştirak etmək üçün Urmuya gəliblər.

Festivalın qonaqları arasında Şri-Lanka, Filippin, Tailand, Nikaraqua, İndoneziya, Qazaxıstan, Rumıniya, Malayziya və Cənubi Koreyanın səfirləri və diplomatları, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini və Asiya Bələdiyyə Başçıları Forumunun baş katibi yer alıb.

Xarici qonaqların qarşılanması zamanı Azərbaycanın yerli və milli mədəniyyətini əks etdirən mərasimlər keçirilib. Qonaqlar Azərbaycan milli geyimində qarşılanıb, həmçinin türkcə, ingiliscə və farsca xoş gəlmisiniz şeirləri səsləndirilib.

Urmunun 9-cu “Üzüm Festivalı” 10 gün davam edəcək və sentyabrın 29-dək Çiçest kəndində keçiriləcək. Festival çərçivəsində üzüm və ondan hazırlanan məhsulların birbaşa satış sərgiləri, eləcə də müxtəlif mədəni və incəsənət proqramları təşkil olunur.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar