SON XƏBƏRLƏR

Akuiferlər sürətlə quruyur - İran rəsmisi

2026.09.21, 12:09
Akuiferlər sürətlə quruyur - İran rəsmisi

Əhəmiyyətli düzənliklərin üçdə ikisi ciddi yeraltı su problemlərinə məruz qalıb.

Gunaz.tv

Bunu İran Su Resurslarının İdarə Edilməsi Şirkətinin Planlaşdırma və İqtisadiyyat üzrə direktor müavini İsa Bozorgzadə deyib.

"Tehranı su ilə təmin etmək üçün kilometrlərlə uzaqdan (məsələn, Taleqan, Kərəc, Lar, Letian və Məmlu) su idxal edirik və eyni zamanda akviferləri çox yüksək sürətlə quruduruq. Belə bir vəziyyətdə təchizat idarəçiliyi artıq məsuliyyət daşımır; istehlak və tələb idarəçiliyinə keçməliyik",- o əlavə edib.

Bozorgzadə bu sektorda [yeraltı sular] statistikasının narahatedici olduğunu bildirib:

"Tədqiqat ərazimizdə təxminən 609 düzənlik var və ölkənin vacib düzənliklərinin təxminən üçdə ikisi ciddi yeraltı su problemlərinə məruz qalıb. Bunlardan 427 düzənlik kritik və qadağan olunmuş kimi təsnif edilir və təxminən 350 düzənlik çökmə riski altındadır".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar