SON XƏBƏRLƏR

Pezeşkian ABŞ-da həbs oluna bilər-Millət vəkili

2026.09.22, 12:19
Pezeşkian ABŞ-da həbs oluna bilər-Millət vəkili

Nyu-Yorka gedən ölkə Prezidenti Məsud Pezeşkian həbs oluna bilər və buna görə nigəranıq.

Gunaz.tv

Bunu İran parlmentinin üzvü mühafizəkar molla Qasım Rəvanbəxş deyib.

"Biz bir neçə ay əvvəl liderimizi həyasızcasına şəhid edən və Venesuela prezidentini qaçıran Amerika ilə müharibə vəziyyətindəyik və həkimləri həbs etmək onlar üçün problem deyil. Ancaq bu bizim üçün məğlubiyyətdir",- o əlavə edib.

Donald Trampın Pezeşkianla görüşməyə hazır olması ilə bağlı açıqlamalarına toxunan Rəvanbəxş, ABŞ Prezidentinin görüşü ləğv etməsi və ya şərtlər irəli sürməsi ehtimalına toxunub: 

"Tramp Pezeşkianla görüşməyə hazır olduğunu açıqlayıb, ancaq o bizi aldada və son anda görüşü ləğv etməsi mümkünür, bunun baş verəcəyi halda və ya bu görüş üçün şərtlər irəli sürəməsi təqdirdə İranın nüfuzuna xələl gətirmiş olacaq".

Rəvanbəxş Pezeşkianın Trampla görüşmə ehtimalını tənqid edib və vurğulayıb: 

"Görüş baş tutsa belə, rəhbərin və minlərlə iranlının qatili ilə görüşməyin nə faydası var?".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar