SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb

2026.09.23, 10:46
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb

Azərbaycanlı fəal Əli Nəjad Abbasi Bostanabad Təbriz həbsxanasının 7-ci palatasına köçürülüb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Şərqi Azərbaycan əyalətinin Ocan (Bostanabad) İnqilab Məhkəməsi onu "İran ərazisində xarici dövlətin xeyrinə başqa bir xarici dövlətin zərərinə casusluq" ittihamına görə 23 ay həbs cəzasına məhkum edib.

Əli Nəjad Abbasi Bostanabadın hansı ölkənin xeyrinə və hansı ölkənin ziyanına casusluq etməsi barədə açıqlama verilməyib.

Onun işinin digər bir hissəsi Bostanabad Cinayət Məhkəməsinin 101-ci şöbəsində araşdırıldığı bildirilib.

Qeyd edək ki, 31 yaşlı Əli Nəjad Abbasi Bostanabad cari ilin mart ayının 28-də Ocandakı şəxsi mənzilində həbs edilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar