SON XƏBƏRLƏR

Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb

2026.09.23, 12:19
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb

Son günlər Tehran əyalətində geniş miqyaslı şəhərdaxili təlimlərin keçirilməsi ilə eyni vaxtda SEPAH-ın əfqanistanlı şiyələrdən ibarət qurduğu "Fatemiyyun" silahlı qrupu da hərbi təlimlər keçirir.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumatlara görə, bununla bağlı əfqanistanlı silahlıların Sistan və Bəlucistan əyalətinin müxtəlif bölgələrində sayı artırılıb.

Təlimlərdən yayılan görüntlərədən onların mümkün etiraz aksiyalarını yatırmaq və əyalətdə hökumətə qarşı müxalif təşkilatlara qarşı əməliyyat üsullarını məşq etdikləri məlum olur.

Bununla yanaşı Əfqanistan sərhəddində yaxın bölgələrdə və SEPAH-ın  Rask şəhərindəki Salman bazasında da "Fatemiyyun" qruplaşması üzvlərinin sayının artığı bildirilir.

SEPAH-ın  Rask şəhərindəki Salman bazasına köçürülən 60 əfqanistanlı silahlının xüsusi təlim gördükləri və şəhərdaxili əməliyyatlar üçün hazırlandıqları qeyd olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar