SON XƏBƏRLƏR

İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb

2026.09.24, 10:00
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb

Ötən gün İranın Sistan və Bəlucistan əyalətinin Səravan şəhərində baş verən silahlı qarşıdurmada SEPAH komandirləri də həlak olub.

Gunaz.tv

Bu barədə EPAH-ın Quru Qoşunlarının "Qüds" regional qərargahı məlumat yayıb.

Məlumata görə,  silahlı qruplaşma üzvlərinə qarşı keçirilən əməliyyat zamanı SEPAH-ın “Səccad” əməliyyat qərargahının komandiri briqada generalı Hüseyn Zərifi güllələnib.

Səravan şəhərinin Pakistan sərhədinə yaxın Cəhadabad bölgəsində keçirilən əməliyyatda Hüseyn Zərifi ilə bərabər qərargahın hərbi kəşfiyyat rəisi Əhməd Herati Zeraəti də həlak olub.

 Qarşıdurma nəticəsində 5 silahlı qruplaşma üzvünün öldürüldüyü, ən azı 13 hökumət məmurunun ağır yaralandığı bildirilib.

İran rəsmiləri silahlı qruplaşma üzvlərini "terrorçu hüceyrə" adlandırıb.

Bəlucların "Xalq Döyüşçüləri Cəbhəsi" yaydığı bəyanatda SEPAH-a qarşıdurmanın məsuliyyətini öz üzərinə götürüb.

Cəbhə, yaydığı bəyanatda 4 üzvünün öldürüldüyünü, onlarla hökumət məmurunun məhv edildiyini və çox sayda məmurun isə yaralandığını iddia edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar